Qazaxıstan mətbuatı “Xəzər Lənkəran” və yeni baş məşqçisi Mustafa Dənizli ilə bağlı maraqlı iddia ortaya atıb. Futbolinfo.az xəbər verir ki, qazaxlar bu ölkənin yığma komandasının hücumçusu Samat Smakov və qapıçısı David Loriyanın cənub təmsilçisinin maraq dairəsində olduğunu bildirir.
 
Adları çəkilən futbolçular bu məlumatı nə təkzib, nə də təsdiq ediblər. "Xəzər Lənkəran" tərəfi isə bu məlumatı təkzib edir. Elə Dənizli də ötən gün baş tutan mətbuat konfransında hələlik heç kimlə maraqlanmadığını bildirmişdi.
 
Qeyd edək ki, Smakov və Loriya 2012-ci ildə Mustafa Dənizlinin rəhbərliyi altında “Rizəspor”da çıxış edib.
Shares: