Topaz Premyer Liqasının 16-cı turunun mərkəzi oyununda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda əzəli rəqibi və lider "Neftçi" ilə qarşılaşır. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın 73-cü dəqiqəsində qonaqların qapısına penalti təyin olunub.
 
Buna qədər dubla imza atan Reynaldonun qazandığı bu penalti komandaların üzvləri arasında gərginliyə səbəb olub. Lakin Rəşad Sadıqovla Mahir Şükürov və Karlos Kardoso arasındakı gərginliyi hakim sakitləşdirə bilib. Bu zaman Saşa Stamenkoviç də xüsusi "canfəşanlığına" görə sarı vərəqə ilə cəzalanıb.
 
Qeyd edək ki, bu penaltini dəqiq yerinə yetirən Çumbinyo hesabı 3:1 edib. Lakin həmin epizodda stadionun diktoru qolun Reynaldo tərəfindən vurulduğunu bəyan edib.
Shares: