Cari mövsüm heyətlə bağlı müxtəlif problemlərdən əziyyət çəkən AZAL qış fasiləsində sıralarını gücləndirmək üçün artıq indidən qollarını çırmalayıb. Futbolinfo.az xəbər verir ki "təyyarəçilər" Qazaxıstandan ölkəmizə futbolçu gətirməyə hazırlaşır.
 
Şüvəlan təmsilçisi hazırda Avropa Liqasında çıxış edən Karaqandi "Şaxtyor"unun əvəzedici heyətində top qovan futbolçuya göz dikib. Bu, 18 yaşlı hüçumçu Zair Emzayevdi.
 
Məlumat üçn bildirək ki, Zair Emzayev həm də Azərbaycan vətəndaşıdılığını daşıyır. O, hətta bu ilin sentyabr ayında 19 yaşlılardan ibarət yığma komandamızın düşərgəsinədə də olub. "Şaxtyor" futbol məktəbinin yetirməsi olan Emzayev əvəzedici komandanın kapitanıdı.
Shares: