Futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü turun MOİK – “Lokomotiv” oyununun keçirilmə tarixi dəyişdirilib. Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, “Bakı”nın təlim-məşq bazasının stadionunda 15 dekabr 2013-cü il tarixində Premyer Liqasının növbəti təqvim oyunu keçirildiyi üçün MOİK – “Lokomotiv” matçı 15 dekabr 2013-cü il tarixindən 13 dekabr 2013-cü il tarixinə keçirilib.





