"Rövşənin klubla 2 illik müqaviləsi var. Hazırda Şəmkirdə məşqlərini davam etdirir. Biz ona heç bir problem yaratmırıq. İstəsə, gəlib Zaqatalada da məşq edə bilər".
 
Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Simurq"un mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib. Klub rəsmisi Əmiraslanova rəhbərlik tərəfindən heç bir problemin yaradılmadığını bildirib:
 
"Dekabrın 20-dən sonra rəhbərlik onunla görüşüb, söhbət edəcək. Görüşdən sonra komandanın Əmiraslanova ehtiyacı olub-olmamağı məlum olacaq. Əgər komandada ona ehtiyac olmazsa, heç bir problem olmadan müqavilə vərəqəsi özünə veriləcək".
Shares: