Madrid "Real"ın futbolçusu Kriştianu Ronaldo daha bir rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu dünən "Kopenhagen"lə oyunda (2:0) fərqlənməklə Çempionlar Liqasının qrup mərhələsindəki qollarının sayını 9-a çatdırıb.
Bu göstərici ilə o, hamını üstələyib. Portuqal qolçu matçdan sonra fikirlərini bölüşüb:
“Komanda olaraq meydanda çox yaxşı idik. Bu matçın mənim üçün ayrı bir önəmi var idi. Çünki Çempionlar Liqasında rekord qırdım. Özümü çox yaxşı hiss edirəm. Komandanın qazanması üçün vurulan bütün qollar önəmli idi. Amma belə bir ot örtüyü olan meydanda futbol oynadığım üçün utanc hissi keçirdim”.





