"Qəbələ" futbol klubu 2012/13 mövsümündə 3 illik müqavilə ilə heyətinə cəlb etdiyi Şəhriyar Xəlilovla yollarını ayırıb. Futbolinfo.az saytına açıqlama verən "Qəbələ"nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev xəbəri təsdiqləyib:
 
"Şəhriyar əsas komandanın üzvü idi. Sadəcə olaraq, heyətə düşməkdə çətinlik çəkirdi. Buna görə də qarşılıqlı razılaşma yolu ilə müqaviləsinə xitam verildi".
 
Məlumat üçün qeyd edək ki, gənc müdafiəçi buna qədər "Qarabağ" (2008/10),"Turan" (2010), “Xəzər Lənkəran” (2011-2012) kimi komandalarda da çıxış edib. Onun karyerasını harada davam etdirəcəyi hələlik bilinmir.
Shares: