İtaliyanın "Milan" klubu ÇSKA (Moskva) komandasının futbolçusu Keysuke Hondanı rəsmən transfer edib. Futbolinfo.az xəbər verir ki, bir müddət əvəl tərəflər arasında razılıq əldə olunsa da, Honda hələ də Moskva təmsilçisinin şərəfini qoruyurdu.
Artıq ÇSKA-nın mübarizə apardığı iki turnir – Rusiya premyer-liqasında birinci dövrə başa çatıb, Çempionlar Liqasında isə qrup mərhələsinə yekun vurulub. Odur ki, Hondanın “Milan”a keçidi üçün heç bir maneə qalmayıb. Klubun vitse-prezidenti Adriano Qalliani açıqlamasında yapon futbolçunu rəsmən transfer etdiklərini bildirib.
Honda yeni komandasında 10 nömrəli formanı geyinəcək. "Milan"la 4 illik müqavilə imzalayan 27 yaşlı futbolçunun illik 2,5 milyon avro olacaq.





