AFFA-nın himayəsində fəaliyyət göstərən klublardan biri olan "Turan-T"də vəzifə bölgüsünün bacarıqlar əsasında yox, qohumbazlıq üzərində aparılmasından yazmışdıq. Futbolinfo.az xəbər verir ki, prezident Namiq Məstanov yaxın qohum-əqrabasını başına yığaraq Tovuz təmsilçisini bir növ ailə klubuna çevirib.
 
Məsələ ilə bağlı adı çəkilən klubun rəhbəri Namiq Məstanovun da fikirlərini öyrəndik. Məstanov saytımıza verdiyi açıqlamada qardaşının fan-klubun çayxanası kimi tanınan və stadionda yerləşən obyekti işlətməsini bu cür izah edib: "Stadionda çayxana yoxdu. Sadəcə, yol tərəfə baxan bir obyekt var. O məndən əvvəl, Musa müəllimin vaxtından hazırlanmış bir yerdi. Həmin obyekt elə o vaxtdan fəaliyyət göstərir".
 
Daha sonra klub rəsmisi dayısının komandanın və bazanın yerləşdiyi arenanın direktoru olmasına da aydınlıq gətirib: "Stadionun direktoru vəzifəsinə həmin adam 2002-ci ildən təyin olunub. Mən heç kimi bu vəzifəyə təyin etməmişəm".
Shares: