Futzal üzrə Azərbaycan yığması İstanbuldakı təlim-məşq toplanışı çərçivəsində ikinci sınaq matçını keçirib. Futbolinfo.az xəbər verir ki, Joze Alesio da Silvanın çalışdırdığı yığmamız yenidən Türkiyə millisi ilə qarşılaşıb.
Bu dəfə qalib gələn tərəf meydan sahibləri olub. Millimiz 4:6 hesabıyla məğlub olub.
Xatırladaq ki, iki gün öncə keçirilən ilk sınaq matçında yığmamız 4:1 hesabı ilə qalib gəlmişdi.





