"Mançester Yunayted"in sabiq kapitanı Roy Kin komandanın keçmiş baş məşqçisi Aleks Ferqyussonla bağlı maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, hazırda Şimali İrlandiya millisində köməkçi-məşqçi vəzifəsində çalışan ötənlərin məşhur futbolçusu mətbuata açıqlamasında bunları deyib:
"Baş məşqçi vəzifəsindən getməsinə baxmayaraq, hələ də kluba nəzarət etməyə hazırlaşır. O həmişə hamıdan güclü olmağa çalışır. Bunun arxasında isə eqoizm durur".
Kin "Mançester Yunayted"dən ayrılmasını da xatırlayıb: "Əlbətdə çox üzüldüm. Hətta maşınımda iki dəqiqə dayanmadan ağladım. Amma özümə "həyat davam edir" deməyi ldə unutmadım. Heç nəyim yox idi. Klub prezidenti David Gillə zədəli olduğum vaxtlarda belə "Mançester Yunayted" üçün oynadığımı dedim. Bir neçə ilə daha rahatlıqla oynaya bilərdim".
Kin 1993-2005-ci illərdə "Mançester Yunayted"də oynayıb.





