Bu gün Topaz Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu və ən yaxşı qol müəllifinin mükafatlandırılması mərasimi keçirilir. Futolinfo.az xəbər verir ki, "Four Seasons" otelində təşkil olunan mərasimdə noyabrın ən yaxşısı olan "İnter"in hücumçusu Vaqif Cavadov və ən yaxşı qolun müəllifi – "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Abdullayev mükafatlandırılır.
 
Tədbirdə həmişəkindən fərqli Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak etmir. Eyni zamanda qaliblərdən də biri – Elnur hazırda Lənkəranda olduğundan tədbirə qatılmayıb.
 
Əvəzində bugünkü tədbirin fəxri tribunasında “Azerİnteltek” şirkətinin idarə heyətinin sədri Əhməd Sezər, "AzərİdmanServis" MMC-nin Direktoru Azər Məhərrəmov və AFFA-nın Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov yer alıb. 
Shares: