Ayın ən yaxşı qolunun və futbolçusunun mükafatlandırma mərasimində "Azəridmanservis" MMC-nin rəhbəri Azər Məhərrəmov da iştirak edib. Futbolinfo.az xəbər verir ki, Məhərrəmov hər iki futbolçunu təbrik edərək, Premyer Liqaya artan maraqdan danışıb:
"Gənclər və İdman Nazirliyi adından hamınızı salamlayıram. Artıq neçənci dəfədi ki, Topaz Premyer Liqasının ən yaxşılarını bərabər seçmək və mükafatlandırmaq üçün bir araya gəlirik. Bugünkü tədbir bütün futbol ictimaiyyətinin diqqətindədi. Bu, isə Premyer Liqaya artan marağı göstərir. Fürsətdən istifadə edib Vaqif Cavadov və Elnur Abdullayevi təbrik edirəm".





