İspaniyanın "Barselona" klubu forma sponsorluğunda bir ilkə imza atıb. Kataloniya təmsilçisi "İntel" şirkəti ilə 5 illik müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, sözləşməyə əsasən, klub 25 milyon avro qazanacaq.
Razılığın şərtlərinə görə, “Barsa” “İntel”in reklamını formanın iç hissəsində daşıyacaq. Nəticə etibarilə futbolçular firmanı reklam etmək üçün qol sevinci yaşayarakən formasının bir hissəsini qaldırmalı olacaq.





