Türkiyə millisinin və “Fənərbaxça”nın futbolçusu Əmrə Bəlözoğlu həbs edilə bilər. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi ilə bağlı növbəti məhkəmə prossesi keçirilib.
Məsələ burasındadı ki, ötən il “Kasımpaşa” ilə keçirilən matçda Əmrə rəqib komandanın idman direktoru Oğuz Ərkanı təhqir edib. Oğuz Ərkan isə Əmrəni məhkəməyə verib. Ulduz futbolçu "mən öz-özümə deyinirdim" desə də, “Kasımpaşa”nın qapıçısı başda olmaqla xeyli şahid Əmrənin Ərkana söyüş söydüyünü deyib.
Məhkəməyə indiyə kimi qatılmayan futbolçunun polis gücü ilə belə olsa, məhkəmə zalına gətirilməsinə qərar verilib. Əgər onun günahı sübut olunsa, Əmrəni azı 2 il həbs gözləyir.





