"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Uğur Pamuk qış fasiləsində komandadan ayrılacağına dair yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında o, bunları dilə gətirib:
"Mən bu xəbərlərin haradan qaynaqlandığını bilmirəm. Özüm də onu yalnız mətbuatda  gördüm. "Xəzər Lənkəran"la müqaviləm var. Hələ ki, mənim klubdan gedəcəyimlə bağlı deyilənlər doğru deyil".
 
Qeyd edək ki, Pamuk "Xəzər Lənkəran"a "Sumqayıt"dan keçmişdi. Amma son günlər onun yenidən əvvəlki klubuna qayıdacağına dair xəbərlər dolaşmağa başlayıb.
Shares: