Türkiyənin "Beşiktaş" klubu ilə bağlı ortaya yeni iddia atılıb. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” baş məşqçisiz qala bilər. Avstriyanın "Zalsburq" klubu Slaven Biliçi baş məşqçi vəzifəsinə gətirməyə hazırlaşır.
Komanda rəhbərliyi qarşıdakı həftələrdə "qara qartal”ın prezidenti Fikrət Ormana rəsmi təklif göndərməyi planlaşdırır. Biliç "Zalsburq" klubunda işləyəcəyi təqdirdə ilinə 5 milyon avro qazanacaq.
Qeyd edək ki, xorvatiyalı çalışdırıcı ötən yay "Beşiktaş"la iki illik sözləşmə imzalayıb.





