"Real"ın (Madrid) prezidenti Florentino Peres "Qızıl Top" mükafatının Kriştianu Ronaldoya verilməli olduğunu bir daha mətbuat qarşısında dilə gətirib. Futbolinfo.az xəbər verir ki, o bildirib ki, mükafatı portuqal hücumçu almasa, böyük haqsızlıq olacaq:
 
"Ronaldonun "Qızıl Top"u qazanacağına əmniməm. Bu, baş verməsə, ədalətdən söhbət gedə bilməz. Hər kəs onun dünyanın ən yaxşısı olduğunu və möhtəşəm bir il keçirdiyini bilir".
 
Qeyd edək ki,  "World soccer" jurnalının apardığı səsvermədə Ronaldo ilin ən yaxşı futbolçusu seçilib. Son 14 ildə bu jurnalın apardığı səsvermədə birinci olan futbolçu həm də  "Qızıl top"u da qazanıb.
Shares: