UEFA cari mövsüm Çempionlar Liqasında ən yaxşıları açıqlayıb. Futbolinfo.az xəbər verir ki, qitənin ali futbol qurumu mövsümün ən yaxşı klubu olaraq kimi İspaniyanın "Atletiko" (Madrid) komandasını seçib.
 
Onlar bu mövsüm heç bir oyunda uduzmadığı və sadəcə bir heç-heçə etdiyi üçün bu ada layiq görülüb. Mövsümün ən yaxşı futbolçusu "Real"dan (Madrid) Kriştianu Ronaldo olub. Portuqal hücumçu bu mövsüm forma geydiyi 5 matçda 9 qol vurub.
 
ÇL-in qrup mərhələsinin ən gözəl qolu isə PSJ-nin hücumçusu Zlatan İbrahimoviç oktyabrın 23-də "Anderlext"lə matçda vurduğu üçüncü qolu seçilib.
 
"Çelsi"nin "Bazel"lə oynadıqları qarşılaşmalar mövsümün sürprizi seçilib. Hər iki matçda İngiltərə klubu məğlub olub.
 
Turnirin rekordu isə "Mançester Yunayted"in futbolçusu Rayan Giqzə məxsusdu. O, ÇL-də 145 dəfə forma geyərək "Real"ın keçmiş hücumçusu Raulu geridə qoyub və bu turnirdə ən çox oyun keçirən oyunçu olub.
Shares: