Bu gün Topaz Premyer Liqasının 17-ci turunun növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Bakı"nın təlim-məşq bazasının stadionunda paytaxtın eyniadlı komandası lider "Qarabağ"la qarşılaşdı.
Bu görüşü izləyənlər arasında bir sıra maraqlı simalara rast gəlmək olardı. Onlardan biri də 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Bernard Lippert idi. Lakin almaniyalı mütəxəssisi bu qarşılaşmaya gəlməsinə peşman ediblər. Belə ki, qarşılaşmadan sonra arenanı tərk etməkdə olan Lippertin sonradan qaça-qaça VİP-lojaya qayıtması diqqətimizdən yayınmadı. Məsələ ilə maraqlandıqda məlum oldu ki, millimizin çalışdırıcısı telefonunu itirib. Lippertin bütün cəhdlərinə baxmayaraq, telefonu tapmaq mümkün olmadı və məlum oldu ki, onu oğurlayıblar.
Qeyd edək ki, "Bakı" – "Qarabağ" matçı 2:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.





