"Borussiya"nın (Dortmund) və Polşa yığmasının qolçusu Robert Levandovski "Qızıl Top" mükafatı üçün kimə səs verdiyi açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Polşa millisinin kapitanı bundesliqadakı əsas rəqiblərindən olan "Bavariya"nın yarımmüdafiəçisi Frank Riberiyə səs verdiyini bildirib.
Levandovski bu barədə hücumçu öz ölkəsinin mətbuatına açıqlamasında deyib: "Səsimi Riberiyə verdim. Çünki o, komandasına çox kömək edir. Ötən mövsüm isə bütün kubokları qazanıb. Ronaldonun bu il fərdi statistikaları çox yaxşıdı. Ancaq mən artıq seçimimi etmişəm".





