Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Simurq” – AZAL matçının 79-cu dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
 
“Bakı” – “Qarabağ” matçında “Bakı”nın 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
“Neftçi” – “Qəbələ” matçında “Neftçi”nin 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 3-cü dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub. Matçın 84-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Müşfiq Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Qəbələ”nin məşqçisi Dmitri Kramarenko texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Shares: