"Bu qələbəyə görə çox şadam. Sevinirəm ki, qalib gəldik. Biz "Qarabağ"dan daha üstün oynadıq". Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Bakı"nın yarımmüdafiəçisi Risto Ristoviç deyib.
 
Serbiyalı futbolçu 17-ci turdakı qələbədən danışıb: "Reynaldo "Qarabağ"ın 50 faizidi. O, meydanda olmadığı üçün bizə daha rahat oldu. Bu qələbə bizim üçün vacib idi. Qarşıda daha bir çətin oyunumuz var. "Qəbələ" güclü komandadı. Biz də onlara qarşı yaxşı oynayıb 3 xal qazanmaq istəyirik. Ümid edirəm ki, bunu bacaracağıq".
Shares: