Ötən həftə məşq zamanı zədələnən "Qəbələ"nin braziliyalı qapıçısı Dieqo Koşta Silva əməliyyat olunacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə klub saytına açıqlama verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov qolkiperin dizində mensk yırtığı əmələ gəldiyini bildirib:
"Dieqo ötən həftə məşqdə zədələndi. Müayinə zamanı dizində mensk yırtığı olduğu müəyyənləşdi. Müayinədən sonra onu əməliyyat üçün vətəni Braziliyaya yola saldıq. Dieqonun yanvar ayının ortalarında məşqlərə qatılması gözlənilir".





