Fransa Liqa Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, bir qarşılaşmadan ibarət bu mərhələnin son oyun günündə 7 görüş baş tutub.
 
Lion "Olimpik"i "Reyms"i, "Nitsa" "Soşo"nu, "Evian" "Bastiya"nı, Marsel "Olimpik"i isə "Tuluza"nı məğlub yola salaraq, növbəti mərhələyə adlayıb. "Renn"in qonağı olan "Bordo" da səfərdə bu vəzifənin öhdəsindən gəlməyə nail olub. "Troya" isə "Tur"a qalib gəlib.
 
PSJ – "Sent Etyen" görüşünün əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə olunmuş yarım saatın son dəqiqələrində vurulan qol PSJ-ni növbəti mərhələyə daşıyıb.
 
Fransa Liqa Kuboku
1/8 final
17 dekabr
 
Nant – Oser – 1:0
 
18 dekabr
 
Olimpik (Lion) – Reyms – 3:2
Nitsa – Soşo – 3:0
Evian – Bastiya – 2:1
Olimpik (Marsel) – Tuluza – 2:1
PSJ – Sent Etyen – 2:1 (əlavə vaxtda)
Renn – Bordo – 1:2
Troya – Tur – 3:2
Shares: