"Neftçala"nın müdafiəçisi Qasan Qasanovun futbolinfo.az saytına müsahibəsi
 
– Necə oldu ki "Neftçala"ya gəldin?
– Azərbaycanda həmyerlilərim çoxdu. Təklif etdilər, razılaşdım.
 
– Premyer Liqa klublarının səninlə maraqlandığını eşitmişik…
– Düzdü, təkliflər var. Amma bu, hələ ki, söhbətdən o tərəfə keçməyib.
 
– Əksər həmyerlilərin "Sumqayıt"da forma geyir. Ola bilərmi ki, yeni mövsümdən sən də onalar qoşulasan?
– Təklif gəlsə, niyə də yox. İstənilən Premyer Liqa klubuna keçməyə hazıram.
 
– Bəs milli komandamızda oynamaq haqda düşünmürsən?
– Məmuniyyətlə oynaram. Bunu çox istərdim. Əlimdən gələni edəcəm ki, Azərbaycan millisinə dəvət alım.
 
– Bildiymizə görə, kiçik yaşlarında "Anji"də oynamısan…
– Hə, düzdü. Amma bu lap çoxdan olub. O zaman 14 yaşım var idi. On iki il əvvəl.
 
– Bu mövsüm üçün "Neftçala"nın şanslarını necə dəyərləndirirsən?
– Son turda "Araz Naxçıvan"ı məğlub etdik. Bu, onların çempionatda ilk məğlubiyyəti oldu. Düşünürəm ki, ikinci dövrədə onları keçecəyik. Komandamıza inanıram.
 
KƏMALƏ İSMAYILOVA
Shares: