Klublararası dünya çempionatında finalçılar müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Mərakeşdə keçirilən turnirdə ilk finalçı srağagündən bəlli idi.
Çinin “Quançjou” komandasını məğlub edən "Bavariya" (3:0) həlledici oyuna vəsiqə qazanmışdı. İkinci yarımfinal matçı dünən baş tutb. Yerli “Raca Kasablanka” komandası Braziliyanın “Atletiko Mineyro” klubu ilə qarşılaşıb. Görüş birincilərin gözlənilməz qələbəsi ilə başa çatıb – 3:1
Bununla da turnirin növbəti finalçısının da adı məlum olub.
Qeyd edək ki, final görüşü dekabrın 21-də baş tutacaq.





