“Mançester Siti”nin forvardı Serxio Aqueronun zədəsi gözləniləndən tez sağala bilər. Futbolinfo.az xəbər verir ki, onun zədəsi güman edildiyi kimi ciddi olmayıb.
 
Böyük ehtimalla forvard yanvarın sonlarında sıraya dönəcək. Bu isə o deməkdi ki, o 8 deyil , 6 həftə futboldan uzaq qalacaq. Beləliklə, Aquero Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə oyuna qədər tam hazır olmalıdı.
 
Xatırladaq ki, Serxio “Arsenal”la oyunda zədələnmişdi.
Shares: