İspaniya mətbuatında "Barselona"nın baş məşqçisi Xerardo Martino haqda ortaya atılan iddia gündəmi zəbt edib. Futbolinfo.az xəbər verir ki, "Mundo Depotivo" qəzetində yazılanlara görə argentinalı mütəxəssis mövsümün sonunda Kataloniya klubunu tərk edəcək.
Səbəb isə 51 yaşlı çalışdırıcının start heyətdə dəyişikliklər etməsinin klubda tənqidlə qarşılanmasıdı. Bu tənqidlərdən yorulan Martino vəziyyət düzəlməsə yayda "Barsa"dan gedəcək.
Qeyd edək ki, çalışdırıcının katalonlarla üç illik müqaviləsi var.





