Rusiyanın "Rubin" klubunun baş məşqçisi Kurban Berdiyevin istefasından sonra onun yerinə namizədlərdən biri də "Qəbələ"nin baş məşqçisi Yuri Syomin göstərilir. Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
Məlumatda bildirilir ki, "Lokomotiv"in sabiq baş məşqçisi və daha 2 əcnəbi mütəxəssis "Rubin"in baş məşqçiliyinə namizədlər siyahısındadı. Kazan klubunun rəhbərliyi bu namizədlər arasında seçim edəcklər.





