"İnter"in hücumçusu Vaqif Cavadov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
"Məğlub olsaq da, yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Qış fasiləsinin komandamız üçün düşərli olacağına inanıram. Dostlarıma qarşı oynayırdım. Qələbə münasibəti ilə "Qarabağ" ı təbrik edirəm".





