"Yuventus"un baş məşqçisi Antonio Konte İtalya millisini çalışdırmaq istəyir. Futbolinfo.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü açıqlamasında deyib:
"Düzdü, milli komandanı çalışdırmaq çətin və məsuliyyətli işdir. Amma gələcəkdə bunu səvərək edə bilərəm. Hər bir baş məşqçi nə vaxtsa,yığmada çalışmaq istəyər".
Qeyd edək ki, İtaliya millisinin hazırkı baş məşqçisi Çezare Prandellinin DÇ-2014-dən sonra komandadan ayrılması gözlənilir. Onun yerinə ən real namizədlərdən biri Konte hesab olunur.





