Bu gün “Kəpəz”lilərin üzü gülüb. Futbolinfo.az xəbər verir ki, uzun müddətdi ki, aylıq məvaciblərinə həsrət qalan futbolçular və məşqçilər korpusunu rəhbərlik, daha doğrusu AFFA sevindirib.
Komanda üzvləri iki aylıq maaşları eyni gündə alıblar. Belə ki, onlara noyabr və dekabr aylarının məvacibləri ödənilib. Hələ başa çatmayan ayın məvacibi komanda üçün federasiyanın bayram sovqatı olub. Çünki futbolçular ilin son ayının maaşlarını tez bir zamanda alacaqlarını gözləmirdilər və bu onlara doğrudan da sürpriz olub.
Maaşların son turun oyunu olan “Energetik”lə ev matçı öncəsi verilməsi uğursuzluq zolağında olan “Kəpəz” üçün həm də əlavə stimul olmalıdı.





