Futbol üzrə İngiltərə çempionatında 17-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun günündə keçirilib.
 
"Liverpul" doğma meydanda "Kardif Siti"yə qalib gəlib. "Mançester Yunayted" də "Vest Hem" səddini eyni qaydada keçib. "Fulhem"in qonağı olan "Mançester Siti" çətinliklə də olsa, 3 xala sahib çıxa bilib. Səfərdə "Kristal Pelas"la qarşılaşan "Nyukasl" darmadağına sevinib. "Stok Siti" "Aston Villa" üzərində qələbəyə sevinib. "Sanderlend" – "Norviç Siti" və "Vest Bromviç" – "Hall Siti" görüşlərində isə qalib müəyyənləşməyib.
 
Turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək.
 
İngiltərə Premyer Liqası
17-ci tur
21 dekabr
 
Liverpul – Kardif Siti – 3:1
Qollar: L.Suares, 25; 45, Sterlinq, 42 – Mutç, 58.
 
Kristal Pelas – Nyukasl – 0:3
Qollar: Kabaye, 26, Qabbidon, 39, Ben Arfa, 86-pen.
 
Fulhem – Mançester Siti – 2:4
Qollar: Riçardson, 50, Kompani, 60-öz qapısına – Y.Ture, 23, Kompani, 43, Navas, 78, Milner, 83.
 
Mançester Yunayted – Vest Hem – 3:1
Qollar: Uelbek, 26, Yanuzay, 37, E.Yanq, 72 – Kol, 81.
 
Stok Siti – Aston Villa – 2:1
Qollar: Adam, 51, Krauç, 70 – Kozak, 66.
 
Sanderlend – Norviç Siti – 0:0
 
Vest Bromviç – Hall Siti – 1:1
Qollar: Vidra, 86 – Livermore, 28.
 
22 dekabr
 
17:30. Sauthempton – Tottenhem
20:00. Suonsi Siti – Everton
 
23 dekabr
 
00:00. Arsenal – Çelsi
 
1 Liverpгl 17 11 3 3 42 19 +23 36
2 Mançester Siti 17 11 2 4 51 20 +31 35
3 Arsenal 16 11 2 3 33 17 +16 35
4 Çelsi 16 10 3 3 32 18 +14 33
5 Everton 16 8 7 1 27 15 +12 31
6 Nyukasl 17 9 3 5 24 22 +2 30
7 Mançester Yunayted 17 8 4 5 28 20 +8 28
8 Tottenhem 16 8 3 5 15 21 –6 27
9 Sauthempton 16 6 6 4 20 15 +5 24
10 Stok Siti 17 5 6 6 17 21 –4 21
11 Suonsi Siti 16 5 5 6 22 21 +1 20
12 Hall Siti 17 5 5 7 14 20 –6 20
13 Aston Villa 17 5 4 8 17 23 –6 19
14 Norviç Siti 17 5 4 8 15 29 –14 19
15 Kardiff Siti 17 4 5 8 13 25 –12 17
16 Vest Bromviç 17 3 7 7 18 23 –5 16
17 Vest Hem 17 3 5 9 14 22 –8 14
18 Kristal Pelas 17 4 1 12 11 27 –16 13
19 Fulhem 17 4 1 12 17 34 –17 13
20 Sanderlend 17 2 4 11 12 30 –18 10
Shares: