"Xəzər Lənkəran"ın müqavilə ilə "Neftçi"yə məxsus olan, amma mövsümün ilk iki dövrəsində icarə əsasında "Sumqayıt"da çıxış edən müdafiəçi Slavik Alxasovu heyətinə qatmağa hazırlaşdığını xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, cənub təmsilçisinin türkiyəli baş məşqçisi Mustafa Dənizli Alxasovla yanaşı U-21 yığmamızda çıxış edən daha bir müdafiəçini bəyənib.
 
Bu, AZAL-da top qovan Ruslan Tağızadədi. Lakin "Xəzər Lənkəran" rəhbərliyi Alxasovla bağlı "Neftçi"yə qeyri-rəsmi təklif göndərsə də, Tağızadəyə görə hələ AZAL-la danışıqlara başlanılmayıb. Buna baxmayaraq, Ruslanın da qışda cənub klubuna keçidi mümkündü.
 
Qeyd edək ki, Dənizli bu futbolçuları U-21 yığmamızın oyununu izləyərkən bəyənib.
Shares: