Madrid "Real"ının yarımmüdafiəçisi Anhel di Mariya son günlər mətbuatda özü haqqında yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, "Marca" qəzetinə danışan argentinalı futbolçu transfer şaiyələrinə baxmayaraq, Madrid klubundan ayrılmaq niyyətində olmadığını deyib:
"Real"da məni hər şey qane edir. Klub rəhbərliyi ilə heç bir danışığım olmayıb. Dəqiq bilmirəm, amma onu bilirəm ki, kimlərsə mənim komandadan gedəcəyimlə bağlı yanlış xəbərlər yayır. Şəxsən mənim belə niyyətim yoxdu".
Qeyd edək ki, di Mariya ilə Fransanın "Monako" klubu yaxından maraqlanır.





