Azərbaycan Premyer Liqasında fasilə yarandığından klublar heyətlərini gücləndirməklə məşğuldular. Futbolinfo.az xəbər verir ki, bu arada "Bakı" "Neftçi"nin futbolçusuna elçi düşüb.
Milinko Pantiç Ruslan Qurbanovu komandasında görmək istəyir. Əgər danışıqlar müsbət yekunlaşarsa, hücumçu mövsümün ikinci yarısından "zolaqlılar"ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Ruslan Qurbanov mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirib.





