Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ” – “Bakı” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın 90+2-ci dəqiqəsində “Bakı”nın futbolçusu Şəhriyar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Rəvan” – “Simurq” oyununun 59-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Mişel Balokoq kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
AZAL– “Neftçi” matçında AZAL-ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın 80-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Mahir Şükürov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Yunuszadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.





