Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verərək, müstəqil deputat kimi fəaliyyətini davam etdirən veteran futbolçu Hakan Şükürə dövlət tərəfindən təzyiqlər gəlməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, o, şərhçi kimi işlədiyi “Lig TV” telekanalından qovulub. Kanal rəhbərliyi İstanbuldan deputat seçilmiş Şükürün işinə son verdiyini açıqlayıb.
Qovulma səbəbi açıqlanmasa da, bu göstərişin baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən verildiyi iddia olunur.





