Topaz Premyer Liqasında 18-ci turun rəmzi komandası müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən son turun ən yaxşı 11-liyi aşağıdakı kimidi:
Qapıçı: İbrahim Sehiç (Qarabağ)
Müdafiəçilər: Ansi Aqolli (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Brüs Abdulaye (İnter), Maksim Medvedev (Qarabağ)
Yarımmüdafiəçilər: Arif Daşdəmirov (İnter), Riçard Almeyda (Qarabağ), Vüqar Nadirov (Qarabağ), Marinaldo Silva (Qarabağ)
Hücumçular: Etame Mbilla (Xəzər Lənkəran), Vaqif Cavadov (İnter).





