Mahir Şükürov “Qəbələ” ilə oyunun son saniyələrində vurduğu qolla komandasına qələbə qazandırsa da, onun sevinci uzun sürməyib. Futbolinfo.az xəbər verir ki, “Neftçi”nin müdafiəçisi həmin qələbəyə görə aldığı mükafatı bir gecənin içində itirib.
 
Paytaxt klubunun kapitanı 17-ci tur matçındakı qələbədən sonra həm mükafatı, həm də yarım aylıq maaşını götürərək paytaxtdakı otellərdən birinə istirahət etmək üçün gedib. Onun bu məkana kiminlə və niyə getdiyini qabartmaq istəməsək də, qeyd edək ki, 25 min dolları maşında qoyub. Oteldən çıxdıqdan sonra isə maşınının şüşəsinin qırıldığına və pulun oğurlandığına şahid olub.
 
Bu məlumatı Futbolinfo.az-a danışan mənbənin məlumatına görə, Mahir olanları açıb-ağartmasa da, bu işdə şübhələndiyi adamlar var. Belə ki, onun həmin gün maaş aldığını bir neçə nəfər bilirmiş. Bundan başqa, Mahirin bir neçə dəfə kiçik məbləğdə pulunun oğurlandığı deyilir.

 

Shares: