“Mançester Siti”nin aparıcı üzvü Yaya Ture Çempionlar Liqasının 1/8 finalında rəqibləri olan “Barselona” haqda danışıb. Futbolinfo.az xəbər verir ki,afrikalı futbolçu rəqibə meydan oxuyub:
“Barselona” bizdən qorxur. Çünki onlar bizim premyer-liqada necə çıxış etdiyimizi çox gözəl bilirlər. Xüsusən də komandamız ev oyunlarında əla təsir bağışlayır. Hazırda əla formadayıq, fantastik çıxış edirik və xeyli qol vururuq. “Barselona”ya qarşı oyunlarımızın çətin keçəcəyi məlumdu. Amma biz mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”.





