"Qalatasaray"ın forvardı Didye Droqba yenidən Fransaya geri dönə bilər. Futbolinfo.az bu ölkənin "L’Equipe" qəzetinə istinadən xəbər verir ki, afrikalı hücumçu mövsümün sonunda keçmiş klubu “Olimpik”ə (Marsel) qayıdacaq.
Droqbanın açıqlamalarının birində bir gün Fransa klubuna qayıdacağı haqda deməsi bu iddiaları daha da artırıb.
Qeyd edək ki, 35 yaşlı futbolçu 2003/2004 mövsümündə Marsel klubunun formasını geyib.





