“Qalatasaray" qış fasiləsində hücum xəttini “Milan"ın futbolçusu Stefan Əl-Şaaravi ilə gücləndirmək istəyir. Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı informasiya yayıb.
 
Bildirilib ki, hətta İstanbul təmsilçisi bir ay əvvəl gənc hücumçu üçün təklif göndərib. Bu mövsüm zədə səbəbindən daha çox ehtiyatda qalan oyunçunun isə komandasından ayrılmaq istəmədiyi iddia edilir. İstanbul klubunun futbolçunu icarəyə götürmə ehtimalı da mövcuddu.
 
Əl-Şaaravi ilə "Arsenal" da maraqlanır.
Shares: