“Yuventus”un prezidenti Andrea Anyelli komandanın baş məşqçisi və aparlcl futbolçularının göndərilməyəcəyinə dair azarkeşlərə söz verib. Futbolinfo.az xəbər verir ki, o, Andrea Pirlo, Pol Poqba və Antonio Konte ilə vidalaşmaq fikrində olmadıqlarını dilə gətirib.
 
Bu barədə “Calciomercato.it” portalına danışan prezident həmçinin güclü bir futbolçu transfer edəcəklərini xəbər verib. 
 
Xatırladaq ki, son günlər Konte, Pirlo və Poqbanın “Yuve”dən ayrılacağına dair xəbərlər yayılmışdı.
Shares: