İtaliya millisinin baş məşqçisi Çezare Prandelli yeni iş təklifi alıb. Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssisin xidmətində İngiltərənin “Tottenhem” klubu maraqlıdı. İngiltərə mətbuatının iddiasına görə, London təmsilçisinin hazırkı çalışdırıcısı Tim Şervudla 2015-ci ilədək müqavilə imzalanmasına baxmayaraq, o, komandanı mövsümün sonuna kimi çalışdıracaq.
Daha sonra isə “Tottenhem”in başına məhz Prandelli keçəcək.
Xatırladaq ki, 56 yaşlı Prandelli DÇ-2014-dən sonra İtaliya millisi ilə vidalaşacağını açıqlayıb. Onunla “Milan” da yaxından maraqlanır.





