Hazırda istirahətdə olan Topaz Premyer Liqasının iştirakçıları gələn ilin ilk günlərində çempionatın qalan hissəsinin hazırlığına start verəcək. Futbolinfo.az xəbər verir ki, klubların əksəriyyəti ənənəvi olaraq qış fasiləsində ölkə xaricində təlim-məşq toplanşına gedəcəklər.
Digər klublardan fərqli olaraq "Sumqayıt" vətəni tərk etməyəcək. Bu barədə komandanın baş məşqçisi Aqil Məmmədov saytımıza açıqlamasında məlumat verib:
"Təlim-məşq toplanışı ölkə xaricində olmayacaq. Çox güman ki, biz hazırlığımıza Sumqayıtda davam edəcəyik. Yoldaşlıq oyunları çərçivəsində isə "Araz Naxçıvan" və "Şahdağ"la qarşılacağıq. Düzdü bu matçların vaxtı dəqiqləşməsə də, danışıqlar davam edir".





