“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Liverpul”la çətin oyundan öncə maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, rəqibin qol silahı Luis Suaresin bu oyunda meydana çıxmasını istəmədiyini etiraf edib:
"Bəlkə Suares “Mançester Siti” ilə oyunda zədə alıb? Mən çox böyük zədə istəmirəm. Ancaq kiçik bir zədə. Bizə qarşı oynamasın, bəsdi”.
Xatırladaq ki, “Çelsi” – “Liverpul” oyunu bazar günü keçiriləcək.





