Fransa Liqa-1-də mübarizə aparan "Monako" yay transfer dövründəki addımını təkrarlamaq istəyir. Futbolinfo.az xəbər verir ki, Dimitri Rbolovlevin komandası yenə də Madrid ”Atletiko”sundan hücumçu almaq fikrinə düşüb.
Söhbət cari mövsüm La Liqanın ən sərrast oyunçusu olan Dieqo Kostadan gedir. Ötən yay Radamel Falkaoya görə, “zolaqlılar”a 60 milyon avro ödəmiş Monako təmsilçisi bu dəfə də Kosta üçün eyni məbləği gözdən keçirməyə hazırdı.





