“Bazel”in yarımmüdafiəçisi Məhəmməd Salah karyerasını İngiltərədə davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, “Liverpul” 21 yaşlı futbolçu ilə ciddi şəkildə maraqlanır.
 
Artıq tərəflərin keçidini həll etmək üzrə olduğu da bildirilir. İddialara görə, transferin qiyməti 20-25 milyon avro aralığında olacaq.
 
Məlumatınız olsun ki, Salah “Tottenhem”, “Monako” və “Qalatasaray”ın da maraq dairəsindədi.
Shares: